Header image  

İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsi

 
line decor
  
line decor
 

foto1

 “Şəki Regional Məsləhət Mərkəzi” “Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi” Layihəsinin İnformasiya və Məsləhət xidməti komponentinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatının Formalaşmasına Yardım üzrə Dövlət komissiyasının 3 iyul 2001-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin 08avqust 2001-ci il tarixli 166/345 saylı birgə əmri ilə Agentliyin nəzdində dövlət qurumu kimi yaradılmışdır.
2001-ci ilin oktyabr ayından 2002-ci ilin yanvar ayının sonunadək hazırlıq işləri (Özəl Məsləhətçilərin hazırlanması,seçilməsi,onlarla müqavilələrin bağlanması, kənd təlim mərkəzlərinin və informasiya güşələrinin təşkili və sair) başa çatdırılçış və “Şəki Regional Məsləhət Mərkəzi” 2002-ci ilin fevral ayından tam fəaliyyətə başlamışdır. “Şəki Regional Məsləhət Mərkəzi”-nin yaradılmasında məqsəd Respublikanın Şimal-Qərb bölgəsində yerləşən Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan və Kənd Təsərrüfatı sahəsində Özəl bölmədə çalışan torpaq mülkiyyətçilərinin və aqrar sahibkarların İnformasiya və Məsləhət xidmətinə olan ehtiyaclarının ödənilməsini təmin etməklə aqrar sahədə sahibkarlığın inkişafı üçün əlverişli mühüt yaratmaqdan ibarət olmuşdur.

Fəaliyyət müddətində RMM-in əhatə olunduğu 5 rayonda mövcud 248 kənddə yaşayan 88630 nəfər torpaq mülkiyyətçilərinin 33220 nəfəri 1-2 günlük təlim kurslarında (ehtiyaclarına uyğun mövzular üzrə) iştirak etmiş, 40640 nəfər qrup və 18491 nəfərə fərdi məsləhət xidməti göstərilmiş, 104941 nəfərə bazar qiymətləri çatdırılmış, 21357 nəfər 200-dən artıq adda fermer klublarında video materiala baxmış, 20830 nəfərə informasiya materialları paylanmışdır. RMM-in mütəxəssisləri və ÖM-lər tərəfindən müddət ərzində 164 informasiya materialı və 21 mövzuda video material hazırlayaraq torpaq mülkiyyətçiləri arasında yayımlanmışdır. 
Fəaliyyət müddətində RMM digər regionların RMM-ləri və Layihənin komponentləri ilə qarşılıqlı əməkdaşlıq etmiş,bu əlaqə kredit komponenti ilə daha yaxından olmuşdur.
RMM İcraçı Kredit Agentliyinin həyata keçirdiyi “Kreditləşmə” komponenti ilə əlaqədar regionda BB qruplarının yaradılması, Birgə Borcalanlar (BB) qrupları və Kredit İttifaqlarının üzvlərinə biznes planların hazırlanması, potensial müştərilərə təlimlər və fərdi məsləhətlər yolu ilə məsləhətlərin verilməsi və digər texniki yardımlar göstərilmişdir.Fəaliyyət müddətində (2003-2006 illərdə) regionda 510 BB qrup və 5 Kredit İttifaqı yaradılmış, 9082 nəfər BB qrup üzvünə 3257,9 min manat və 574 nəfər Kredit İttifaqı üzvünə 1435,4 min manat kredit verilmişdir.“Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi” Layihəsinin birinci mərhələsi üzrə RMM-in fəaliyyəti 2006-cı ilin dekabr ayının sonunda müvəffəqiyyətlə başa çatmışdır.

“İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi” Layihəsi
“İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi” Layihəsi, informasiya və məsləhət xidmətləri yarımkomponentinin regionda həyata keçirilməsinə Qeyri dövlət təşkilatı olan “Şəki Regional Məsləhət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətlə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi arasında bağlanmış 08 yanvar 2007- ci il tarixli ADCP-II-SHAKİRAC-07/1 saylı müqavilə əsasında 2007- ci ilin yanvar ayından başlanmışdır. 2009-cu ilin mart ayından ADCP II-SHAKİRAC-09 saylı müqavilə ilə fəaliyyət davam etdirilir.
Şəki RMM MMC keçmiş RMM-in yerləşdiyi binada yerləşir. Keçmiş RMM-in istifadəsində olan mebel avadanlıq və ləvazimatlar Agentlik tərəfindən müqavilə müddətində Şəki RMM MMC-nin istifadəsinə vermişdir.
Şəki RMM MMC-nin işçi heyəti Direktor, Mühasib, Təlim və monitorinq üzrə mütəxəssis, İnformasiya və Əlaqələr üzrə mütəxəssis, İnternet saytı üzrə mütəxəssis, operator və 2 nəfərdən ibarət xidmət edici heyətdən ibarətdir. RMM-in əhatə etdiyi 5 rayonda 17 nəfər Özəl Məsləhətçi fəaliyyət göstərir. Regionda mövcud 248 kənd təlimatın tələblərinə uyğun ÖM –lər arasında bölünmüş onlara təhkim olunmuşdur. Hazırda region üzrə fəaliyyət göstərən ÖM-lər 88388 nəfər torpaq mülkiyyətçisinə informasiya və məsləhət xidməti göstərir

“İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi” Layihəsi üzrə ümumi fəaliyyət dövründə göstərilən xidmətlər.

Göstərilən xidmətlər

Ölçü vahidi

İllər

Cəmi

2007

2008

2009

2010

02.2011

XMQ yaradılıb

əd

79

85

136

136

136

572

XMQ-lərlə bağlanan sazişlərin dəyəri

man

27650

31986

49488

52363

56340

217827

Orta hesabla bir XMQ-yə döşör

man

350

376,31

363,88

385,02

414.27

380.82

XMQ özvlərinin sayı

nəfər

1830

1864

2763

2770

2696

11923

Bir XMQ-ə döşən fermerlərin sayı

nəfər

23,16

21,92

20,3

20,5

19,8

20.84

XMQ özvlərindən qadınların sayı

nəfər

265

365

419

509

504

2062

Keçirilən təlimlərin sayı

əd

816

816

816

680

136

3264

Təlimlərdə iştirak edən fermerlərin sayı

nəfər

8160

8160

8160

6800

1360

32640

Sahə nömayişlərinin sayı

əd

1020

1020

1020

850

170

4080

Sahə nömayişində iştirakçıların sayı

nəfər

10576

10846

10850

9094

1809

43175

Fərdi məsləhət göstərilib

nəfər

4857

5158

5389

4666

973

21043

Ödənişli xidmət göstərilən fermerlərin sayı

nəfər

222

267

349

292

57

1187

Ödənişli xidmətdən ÖM-lərə ödənilən vəsait

man

1252

2220

2520

2092

421

8505

İnformasiya materialı hazırlanıb

buklet

6

4

6

5

1

22

İnformasiya materialı yayımlanıb

nəfər

88000

61880

32200

27500

7000

216580

İnformasiya kompaniyasının materialları yayımlanıb

nəfər

10745

2364

3130

2465

447

19151

Bazar qiymətləri çatdırılan fermerlərin sayı

nəfər

23193

23648

23943

20481

5100

96365

Elmi möəssisələrin təcröbə sınaq nömayişlərində iştirak erdən fermerlərin sayı

nəfər

2230

2109

1578

1395

-

7312

Göstərilən xidmətlərdə iştirak edən fermerlərin sayı

nəfər

31548

55741

64700

61518

13392

226899

 

 

Kənd Təsərrüfatı Nazirliyi

İnformasiya Məsləhət Mərkəzi

Naxçıvan RMM

Gəncə RMM

Masallı RMM

 Beyləqan RMM

Xaçmaz RMM

Göyçay RMM

Şamaxı RMM

Bərdə RMM

Salyan RMM

AZKIL

Weather forecast for Shaki 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
   
email
Counter
  Free counters